1996-cı il sentyabrın 22-də Ermənistanda prezident seçkiləri baş tutdu və bu seçkilər xalqın yaddaşında ilk saxtalaşdırılmış seçki kimi qaldı. Rəsmi nəticələrə görə, Levon Ter-Petrosyan səslərin təxminən 52 faizini, Vazgen Manukyan isə 41 faizdən bir qədər çoxunu toplayıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 1996-cı ilin dekabrında Vazgen Sarkisyan verdiyi bir müsahibəsində ordunun Ermənistanın siyasi proseslərinə nə üçün müdaxilə etdiyini izah edib.
“Məsələ (sentyabr hadisələri-red.) ilə bağlı cəmiyyətdə olan nifrət dozası məni çıxılmaz vəziyyətə saldı. Vətəndaş müharibəsinin qarşısını almaq niyyəti ilə Teatr meydanına getdim. Xalqı bir neçə günə meydanı boşaltmağa inandırmaq istəyirdim. Məhz bu səbəbə görə qoşunların şəhərə yeridilməsini əmr etdim. Həmin gün 60 yaşlı bir qadının mənə yönəlmiş nifrət dolu baxışını gördüm. Dəhşətli idi. Mən bu baxışa layiq deyildim”, - deyə o qeyd edib.
Ter-Petrosyanın rəsmi qələbəsini təmin edən şəxs Vazgen Sarkisyan olub.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Petrosyan
Sentyabr