NATO Baş katibinin müavini Gürcüstana səfər edəcək

2019/09/2409r-1569483668.jpg
Oxunub: 18342     13:12     26 Sentyabr 2019    
Gürcüstan hakimiyyət nümayəndələrinin dəvəti ilə oktyabrın 3-4-ü NATO-nun əsas siyasi qərar qəbuletmə orqanı sayılan Şimali Atlantika Şurasının rəsmiləri Gürcüstana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə NATO mətbuat xidmətinin “Twitter” hesabında bildirilib.

Məlumata görə, səfərə NATO Baş katibinin müavini xanım Rouz Qotemöller başçılıq edəcək.

O, Gürcüstanın Baş naziri Georgi Qaxaria ilə birlikdə Batumi şəhərində baş tutacaq NATO-Gürcüstan komissiyasının iclasında iştirak edəcək.

Daha sonra, NATO rəsmisi Batumi Dövlət Universitetinin tələbləri ilə görüşəcək.

Qotemöller prezident Solome Zurabişvili, Daxili İşlər, Müdafiə naziri, parlamentin spikeri, bir sıra deputat qrupları, vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşlər keçirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   NATO  


Bizi "telegram"da izləyin