Ordu.az xəbər verir ki, bu barədə Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, birinci belə hal deyil və bununla, Ermənistan iki tərəf arasında danışıqlar ərəfəsində bu və ya digər formada təxribatlar törədir.
Məqsəd danışıqlar prosesinə ziyan vurmaq, ümumiyyətlə danışıqların pozulmasına nail olmaqdır. Artıq Ermənistan tərəfinin bütün arqumentləri bitib. Onlar çalışırlar ki, müxtəlif təxribatlar törətməklə, o cümlədən insanların tələf olması kimi cinayətləri törətməklə danışıqlar pozsunlar. Beləliklə də status-kvonun ömrünü uzatmağa çalışsınlar. Beynəlxalq ictimaiyyət bunu kəskin surətdə tənqid edir", - deyə Ə.Əhmədov qeyd edib.
Baş nazirin müavini vurğulayıb ki, əgər Ermənistan belə mövqe nümayiş etdirməyə davam etsə, Azərbaycan öz təbii hüququndan istifadə edərək ərazi bütövlüyünü təmin etmək üçün ən təsirli tədbirlərini işə salacaq.
"Azərbaycan tərəfi qəti şəkildə dəfələrlə bəyan edib ki, biz münaqişənin dinc yolla həll olunmasının tərəfdarıyıq. Amma bu şərtlə ki, münaqişənin həll olunması üçün Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsin. Əgər onlar belə mövqeni bundan sonra da davam etdirsələr Azərbaycan öz təbii hüququndan istifadə edərək və malik olduğu möhtəşəm gücə arxalanaraq ərazi bütövlüyünü təmin etmək üçün ən təsirli tədbirlərini görəcək".
Ordu.az