Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə onun 2018-ci ildə təqdim etdiyi maddi vəsaitlər haqqında hesabatında qeyd olunub.
2018-ci ilin əvvəllərində Aram Sarkisyanın daşınmaz və daşına bilən əmlakı olmayıb, lakin il ərizndə 50.7 milyon dram dəyərində mənzil, 3.3 milyon dram dəyərində qaraj, 1.4 milyon dram dəyərində daşınmaz əmlak alıb.
Ötən il Aram Sarkisyanın gəlirləri 50 milyon dram təşkil edib ki, bunun 5.6 milyon dramı iş qarşılığında alınmış mükafat, 44.4 milyon dramı isə alınmış borclardır.
2018-ci ildə o, 13 mindollar və 100 min rubl dəyərində ianə və ya yardım yolu ilə maddi vəsait əldə edib.
Qeyd edək ki, Aram Sarkisyan 2017-ci ildə illik hesabatında yalnız 10 milyon dram və 15 min dollar dəyərində olan maddi vəsaitlərini təqdim edib.
Alpər Mövludoğlu
Ordu.az