Ermənistan FHN dünən baş vermiş qəzada yaralanan hərbi qulluqçuların adlarını açıqlayıb

2019/09/vtar--1569482153.jpg
Oxunub: 13791     12:53     26 Sentyabr 2019    
Xəbər verdiyimiz kimi, dünən saat 11:28 radələrində Ermənistanın Armavir vilayətinin Arşaluys kəndi yaxınlığında Ermənistan MN-ə məxsus olan “QAZ-66” və “BMW” markalı avtomobil toqquşub.

Məlumatlara görə, baş vermiş hadisə nəticəsində “BMW” markalı avtomobilin sürücüsü M. Yuri (1997-ci il təvvəllüdlü), sərnişin Ş. Armen (1995-ci il təvəllüdlü) və “QAZ-66” markalı avtomobilin sərnişinləri Q. Smbat (1990-cı il təvəllüdlü), M. Albert (1992-ci il təvvəlüdlü) xəsarət alaraq Üçmüədzin tibb mərkəzinə, digər sərnişin A. Xaçatur (1986-cı il təvəllüdlü) isə Metsamor tibb mərkəzinə yerləşdirilib.

Həkimlər M. Yuri, Q. Smbat, M. Albert və A. Xaçaturun sağlamlıq vəziyyətini qənaətbəxş, Ş. Armenin sağlamlıq vəziyyətini isə son dərəcə ağır qiymətləndiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qəza  


Bizi "telegram"da izləyin