Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Vardan Harutyunyan bildirib.
Onun sözlərinə görə, prezident və Baş nazir üçün hər şeydən vacib kadrların seçilməsi məsələsi olmalıdır, çünki qalan bütün msələlər kadrlardan asılıdır.
“Yanlış kadr seçimi yalnız bu yanlış seçimi edən Paşinyan üçün yox, həmçinin bütün cəmiyyət üçün həyati əhəmiyyət daşıyır”, - deyə hüquq müdafiəçisi qeyd edib.
O bildirib ki, həm gəlmək, həm də getmək şərəflə olmalıdır.
“Vanetsyan MTX rəhbəri təyin olunanda və ya təklif olunanda o, təəccüblənmədi, lakin onun uzaqlaşdırılmasını təklif edəndə üsyan etməyə başladı. Bu, o qədər də yaxşı deyil. Ermənistan MTX özünü cəmiyyətə milli təhlükəsizlik xidməti kimi yox, monster struktur kimi təqdim etməyə davam edir. Sistemə KQB nəslinə aid olmayan insanlar təyin olunmalıdır”, - deyə Harutyunyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az