RF-nin birinci dərəcəli dövlət müşaviri: “Paşinyanın “Qarabağ Ermənistandır, Vəssalam” bəyanatı danışıqlar prosesinin başa çatması deməkdir”

2019/09/ce40e-1569481597.jpg
Oxunub: 27389     11:32     26 Sentyabr 2019    
“Hesab edirəm, Rusiya prezidenti Vladimir Putinin Ermənistan səfəri kifayət qədər soyuq olacaq”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, politoloq, “Regnum” xəbər agnetliyinin Baş redaktoru Modest Kolerov bildirib.

O, Putinin Ermənistana yox, Avrasiya İqtisadi Birliyi Ali Şurasının iclasına gəldiyini vurğulayıb.

“Yəni, gündəm Avrasiya İqtisadi Birliyidir və ev sahibi ikitərəfli məzmunun olub-olmayacağı ilə bağlı öz gündəmini təqdim etməlidir. Vacib olan erməni tərəfinin aydın bir gündəm formalaşdırmasıdır”, - deyə Kolerov bildirib.

Onun sözlərinə görə, Paşinyanın “Qarabağ Ermənistandır, Vəssalam” bəyanatı danışıqlar prosesinin başa çatması deməkdir.

“Paşinyanın bu sözləri 20 yaşlı danışıqlar prosesinin yanlış olduğunu təyin edir”,- deyə baş redaktor bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Təxribat   Qarabağ   İşğal  


Bizi "telegram"da izləyin