Rusiya Gürcüstanla bağlı NATO-ya xəbərdarlıq edib: "Müharibəyə başlamayacağıq"

2019/02/23530-1550659742.jpg
Oxunub: 17932     11:01     26 Sentyabr 2019    
“Gürcüstan NATO-ya üzv olsa, Rusiya müharibəyə başlamayacaq”.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.

Lavrovun sözlərinə görə, bu halda Rusiyanın NATO və alyansa üzv olmağı özlərinə birinci prioritet edən ölkələrlə münasibətləri ciddi olaraq pozulacaq.

XİN başçısı müsahibəsində 2008-ci il müharibəsinin başlamasında Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini günahlandırıb.

"Müharibə zamanı Rusiya NATO barədə deyil, insanların həyatlarının xilası barədə düşünüb" - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Rusiya   NATO  


Bizi "telegram"da izləyin