Ermənistanda 60 yaşlı kişi arvadına gül verib təhdid etdi: “Səni snayperlə güllələyəcəm”

2019/09/36107-1569476085.jpg
Oxunub: 32988     11:52     26 Sentyabr 2019    
Sentyabrın 19-da, Ermənistanın Ararat vilayətində baş vermiş hadisə ilə əlaqədar həmin vilayətin polis bölməsində müvafiq materiallar hazırlanır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, istintaq zamanı bir sıra yeni faktlar aşkar edilib.

Belə ki, hadisə baş verən gün saat 04:30 radələrində Ararat şəhər sakini 55 yaşlı D. Nektar tərəfindən Ararat polis bölməsinə məlumat daxil olub ki, onun keçmiş həyat yoldaşı, Ararat şəhər sakini 60 yaşlı K. Qeğam ayıq olmayan vəziyyətdə gecə saatlarında yuxarıda adı çəkilən şəxsin evinə gəlib və qapının önünə gül qoyduğunu bildirib.

Hadisə yerinə getmiş Ararat polisləri D. Nektarın evinin qapısı ağzında gül dəstələri tapıblar. D. Nektar polislərə bildirib ki, keçmiş həyat yoldaşı (əri) gülləri qapının önünə qoyduqdan sonra binanın həyətindən onu təhdid edib və “qapının önünə gül qoymuşam, sonra isə səni snayperlə güllələyəcəm” deyib.

Məlumata görə, işğal altında olan Qarabağdakı qanunsuz "hərbi birləşmə"də qulluq etmiş, ehtiyyatda olan hərbçi Qeğamın tapılması istiqamətində tədbirlər görülür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu  


Bizi "telegram"da izləyin