Bakının Cammu və Kəşmirlə bağlı rəsmi mövqeyi

2019/09/1569435959.jpg
Oxunub: 13984     21:00     25 Sentyabr 2019    
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏ) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Ordu.az -a verilən məlumata görə, Elmar Məmmədyarov iclasda çıxış edərək Azərbaycanın beynəlxalq birliyin məsul üzvü qismində, Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmət etməklə sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Bakı  


Bizi "telegram"da izləyin