Bunu
Ordu.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.
O bildirib ki, N.Paşinyanın inqilab dalğası ilə hakimiyyətə gəldiyini nəzərə alsaq, onun qərb ölkələrində yaşayan ermənilər arasında etimad krediti qalır:
“Amma erməni diasporu hakimiyyətdə kimin olmasından asılı olmayaraq hər zaman Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa maliyyə dəstəyi göstərib. Ona görə də fikirləşirəm ki, bu səfər ölkə iqtisadiyyatına diaspor tərəfindən böyük məbləğdə investisiya gətirməyəcək. Ermənistan iqtisadiyyatı pis vəziyyətdədir, çünki ölkə təcrid vəziyyətindədir, sərhədlərinin 83 faizi qapalıdır.
Digər tərəfdən isə, Paşinyanın hakimiyyətə gəlməsi ilə ölkədə hər hansı bir ciddi iqtisadi islahat keçirilməyib, ona görə də bu sahədə irəliləyişdən danışmaq yersizdir”.
Ordu.az