MN: Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur

2019/08/1566139241.jpg
Oxunub: 24074     15:14     25 Sentyabr 2019    
Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

Azərbaycan Müdafiə Nazirliyindən Ordu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.

"Təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir", - deyə nazirliyin açıqlamasında vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   PUA  


Bizi "telegram"da izləyin