Son bir həftə ərzində məhkəmə Robert Köçəryanın həbs qətimkan tədbirini dəyişdirməkdən iki dəfə imtina edib və hər iki halda ittihamçı tərəfin vəsatətlərinə prokurorluq qəti şəkildə qarşı çıxıb. Eyni məhkəmə iclasında, Köçəryanın həbsini dəyişdirmək barədə vəsatət ikinci dəfə rədd edildikdə, Seyran Ohanyanla bağlı əlamətdar bir məqam qeydə alınıb.
Ermənistanın sabiq Müdafiə nazirinin vəkili, Ohanyanın səhhətindəki problemlər səbəbi ilə qısa müddətə ölkədən kənarda qalmasına icazə verilməsi barədə vəsatət qaldırmışdı. Maraqlıdır ki, ittiham tərəfi bu vəsatətə etiraz etməyib və məhkəmə müşavirə otağına girmədən icazə verib.
Bu, Köçəryana qarşı göstərilən bir jest idi. Hətta onun həbs qətimkan tədbiri də dəyişmir, çünki Ermənistan hakimiyyəti Köçəryanın istintaqın obyektivliyinə təsir göstərməyə çalışacağını, Seyran Ohanyana gəldikdə isə hətta ölkədə olmamasına icazə verilir.
Bir çoxları yaxın vaxtlarda Seyran Ohanyanın yalnız Robert Köçəryana deyil, kriminal oliqarxiya sistemin digər cinayətkarlarına qarşı səs-küylü ifadələr verərək məhkəmə qarşısında yeni “sürprizlər”lə çıxış edəcəyini söyləyirlər.
Yeri gəlmişkən, son məhkəmə iclasından sonra Ohanyan jurnalistlərlə söhbətində Köçəryanı siyasi məhbus saymadı.
“Düşünürəm ki, Robert Köçəryana ayrı bir yanaşma var, çünki həmişə respublikanın üç prezidentindən hər hansı birinin belə bir yanaşmaya məruz qalacağı təqdirdə, oxşar münasibətlə yanaşacağımı demişəm. Ona görə ki, xüsusi və ayrıca bir münasibət var. Bir şeyin qaydasında olmadığını görürəm. Qoy hamı onun siyasi məhbus olduğunu və ya siyasi məhbus olmadığını düşünsün”, - deyə Ohanyan qeyd edib.
Göründüyü kimi, Ohanyan dəqiq cavab vermir. Ermənistanın sabiq Müdafiə naziri məhkəmənin hökumətin siyasi sifarişini icra etdiyini israr edərsə, o zaman qaçılmaz olaraq hakimiyyətin Köçəryanın “repressiyaları”nı deyil, həm də özünə qarşı “humanizmi” diktə etdiyi ortaya çıxacaq. Niyə?
Ohanyan bu anda çətin suallara cavab vermək istəmir, yalnız bəzən imkan daxilində ondan qurtulmaq üçün Köçəryana əks zərbələr vurur.
Alpər Mövludoğlu
Ordu.az