Tonoyan hərbi təlimlərlə bağlı erməniləri narahat olmamağa çağırıb - “Aprel +” həyata keçirilir

2019/09/20522-1569398687.jpg
Oxunub: 31854     12:54     25 Sentyabr 2019    
Ermənistan Müdafiə naziri Davit Tonoyan hərbi təlimlərlə bağlı Ermənistan vətəndaşlarını narahat olmamağa çağırır.

Ordu.az xəbər verir ki, bu barədə erməni jurnalistlərlə söhbəti zamanı Tonoyan bildirib.

Ermənistan hökuməti sentyabrın 24-dən başlayaraq Ermənistan ərazisində şərti hərbi vəziyyət elan etməyi qərara alıb. Hərbi təlimlər çərçivəsində səfərbərlik elan edildikdən cəmi 6 saat sonra bir neçə min hərbi çağırışçı toplanış yerlərinə gəlib.

Səfərbərlik zamanı hansı ssenarinin oynanılması ilə bağlı verilən suala cavabında Tonoyan bildirib ki, onlar “Aprel +” həyata keçirirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Aprel   Səfərbərlik  


Bizi "telegram"da izləyin