Paşinyan Minasyan və Sarkisyanla bağlı yalan danışır, yoxsa hüquq-mühafizə orqanlarına təlimat verir?

2019/09/f1145-1569398367.jpg
Oxunub: 6385     14:12     25 Sentyabr 2019    
Paşinyan Kaliforniyada erməni mediası ilə görüşündə Serj Sarkisyan və kürəkəni Mikayel Minasyanın təqsirləndirilən şəxs qismində ittiham olunduğunu bildirib.

“Serj Sarkisyan, kürəkəni Mikayel Minasyan və digər qardaşı Levon Sarkisyan təqsirləndirilən şəxs qismində ittiham olunurlar. Cinayət işləri başladılıb və davam etməkdədir. Kim, nə, harada bəlli olacaq”, - deyə Paşinyan qeyd edib.

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları isə Paşinyanın açıqlamalarını rədd edirlər.

“Serj Sarkisyan və Mikayel Minasyan istintaq etdiyimiz işlərlə ittiham olunmurlar. Bizim işlərimiz üzrə yalnız Serj Sarkisyanın qardaşı Levon Sarkisyan təqsirləndirilən şəxs kimi ittiham olunur”, - deyə Ermənistan Xüsusi İstintaq Xidmətindən bildirilib.

Qeyd etmək lazımdır ki, Ermənistan Cinayət Prosessual Məcəlləsinə əsasən, yüksək vəzifəli şəxslərin istintaq işlərinin araşdırılması Xüsusi İstintaq Xidmətinə həvalə edilib. Ermənistan Milli Təhlükəsizlik Xidməti 3-cü prezident və Ermənistanın Vatikandakı keçmiş səfirinə qarşı ittihamlarla bağlı hər hansı rəsmi açıqlama yaymayıb.

Belə çıxır ki, Paşinyan növbəti dəfə yanlış məlumat yayıb, ya da ABŞ-da mətbuat konfransı zamanı verilən bəyanat həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquq-mühafizə orqanlarına verilən göstəriş olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Sarkisyan   ABŞ  


Bizi "telegram"da izləyin