Ermənistanın sabiq Polis rəisi Valeri Osipyan yeni təyin olunduğu işə getməkdən imtina edib, buna görə də Ermənistan hökumətinin kadrlar şöbəsi sabiq polis rəisini onun xəbəri olmadan məzuniyyətə göndərib.
Ordu.az xəbər verir ki, bunu KİV-lərə Ermənistan hökumətinə yaxın olan mənbələr bildirib.
Erməni jurnalistlər Osipyandan açıqlama almağa çalışıb, lakin onların zənglərinə cavab verilməyib.
Xatırladaq ki, Valeri Osipyan bir neçə gün öncə Ermənistan polis rəisi vəzifəsindən uzaqlaşdırılaraq, Paşinyan müşaviri təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Osipyan