Ermənistan MTX direktoru vəzifəsini müvəqqəti icra edən şəxsin əmlakı – ƏTRAFLI

2019/09/16989-1569323066.jpg
Oxunub: 33012     17:32     25 Sentyabr 2019    
Ermənistan Milli Təhlükəsizlik Xidməti direktoru vəzifəsini müvəqqəti icra edən Eduard Martirosyan hələ MTX direktoru vəzifəsinin səlahiyyətlərini öz üzərinə götürməmişdən əvvəl (16.10.2018) əmlakı və gəlirləri haqqında hesabatı yüksək vəzifəli şəxslərin Etika Komissiyasına təqdim edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Eduard Martirosyanın 4 daşınmaz əmlakı - 1 torpaq sahəsi, 1 şəxsi ev, 1 mənzil və 1 qarajı var.

Martirosyan daşına bilən əmlak kimi “KIA SORENTO 2.4” və “GAZ 24” markalı 2 avtomobilini təqdim edib. Vəzifə səlaiyyətlərini üzərinə götürdükdən sonra Martirosyanın 10 min dollar dəyərində borcu olub.

MTX direktoru vəzifəsini müvəqqəti icra edən şəxsin 8 milyon dramdan çox və ya bu dəyərdə qızıl zinət əşyaları var. Vəzifə səlaiyyətlərini üzərinə götürdükdən sonra Martirosyanın pul vəsaitləri 20 milyon dram, 95 min dollar və 20 min avro təşkil edib.

2018-ci il yanvarın 1-dən vəzifə səlahiyyətlərini üzərinə götürdüyü günə qədər Martirsoyan 4 milyon 501 min 399 dram maaş alıb.

2019-cu il martın 21-də Martirosyan illik hesabatını Etika Kamissiyasına təqdim edib. Hesabata əsasən, onun pul vəsaitləri ilin sonunda və əvvəlində eyni olub.

2018-ci ildə Martirosyanın ümumilikdə 16 milyon 964 min 173 dram dəyərində gəliri olub, bundan 5 milyon 964 min 173 dramı onun maaşı olub, 11 milyon dram isə 2 alınmış borc olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Gəlirlər  


Bizi "telegram"da izləyin