Vanetsyandan Paşinyana cavab: “O, qeyri-müharibə şəraitində Ali Baş Komandan deyil”

2019/09/image-1569232477.jpg
Oxunub: 21454     14:15     23 Sentyabr 2019    
“Hərbi bilikləri və hərbi düşüncə tərzi olmayan, vətən qarşısındakı borc haqqında səthi təsəvvürlərə malik olan insanların zabit şərəfi və rütbənin nə demək olduğunu bilməməsi məntiqlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinn keçmiş diorektoru Artur Vanetsyan deyib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın Los-Ancelesdə jurnalistlərlə dünənki söhbəti zamanı söylədiklərinə sərt cavab verib.

“Paşinyan Los-Ancelesdə baş tutan mətbuat konfransı zamanı bir daha anlamadığı şeylər haqqında danışıb. İstefama baxmayaraq, o, vəziyyətin sakitləşməsi üçün insanları mənim üzərimə göndərməyə davam edir, lakin indi görürəm ki, növbəti dəfə razılaşmaları pozur və əslində populist bəyanatlarla anlaşılmaz şeylər haqqında danışır. Aydındır ki, cəmiyyətin əhval-ruhiyyəsinə qısa təsir etmək istəyən Paşinyan bir daha öz sözlərinin nəticələri haqqında düşünmür. Əgər mən də nəticələr haqqında düşünmədən səmimi danışsam...təsəvvür edirsiniz?”, - deyə Vanetsyan bildirib.

O qeyd edib ki, “kim bizimlə deyilsə, xalqın düşmənidir” tezisini irəli çəkməklə cəmiyyəti nə qədər aldatmaq olar?

“Baş nazirin fikrincə, əgər kimsə bu iddia ilə razılaşmırsa, onda əvvəlkilərin sifarişi ilə işləyir. Demişəm və yenidən təkrar edirəm.Məni əvvəlkilərlə əlaqələndirməyə çalışmayın. Yeri gəlmişkən, Ermənistan Konstitusiyasına əsasən, Ermənistanın Baş naziri qeyri-müharibə şəraitində Ali Baş Komandan deyil. Təəssüf edirəm ki, bu qədər dərinə getdi. İstefa haqqında bəyanatımı diqqətlə oxuyan əminəm ki, mənim nəyi nəzərdə tutduğumu başa düşüb. Buna görə də sizi əmin edirəm ki, kimin və ya nəyin zibillikdə olmasını zaman göstərəcək”, - deyə o bildirib.

Vanetsyan onu da qeyd edib ki, gələcək planları haqqında yaxın vaxtlarda danışacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vanetsyan   Paşinyan   Qalmaqal  


Bizi "telegram"da izləyin