Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın sabiq yüksək vəzifəli dövlət rəsmiləri müəyyən məsələlərdə açıq danışmağa hazırlaşırlar.
Məlumata görə, xüsusilə Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyan ətrafında olanlara bildirib ki, uyğun fürsət yaranacağı təqdirdə keçmiş hakimiyyət rəhbərinə yaxın olan dairədən vaxtında onun ailəsinə qarşı kimin açıq şəkildə kampaniyaya başladığını və keçmiş hakimiyyətin araqarışdıranlarının kimlər olduğunu bildirəcək.
Bildirilir ki, maraqlı açıqlamalarla çıxış edəcək şəxs təkcə o deyil.
Alpər Mövludoğlu
Ordu.az