İraq Kürdüstanında İran istehsalı olan “Arash-2” PUA-sı aşkarlanıb

2026/06/1782582026.jpg
Oxunub: 226     21:13     27 İyun 2026    
İraq Kürdüstanının Ərbil vilayətində turistlər tərəfindən İran istehsalı olan “Arash-2” Pilotsuz Uçuş Aparatı (PUA) aşkarlanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Shafaq News” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, turistlər PUA-nın yerləşdiyi məkan barədə təhlükəsizlik qüvvələrinə məlumat veriblər.

Yerli mənbənin bildirdiyinə görə, uzunluğu təxminən 4,5 metr, qanad açılımı isə 4 metr olan PUA Soran rayonunun ərazisinə düşüb. Ərazi qarla örtülü olduğundan aparat demək olar ki, zədələnmədən qalıb.

Son aylarda İran ilə ABŞ və İsrail arasında qarşıdurmanın fonunda Tehran regionda yerləşən İranın kürd müxalifət qruplaşmalarının qərargahlarına qarşı raket və PUA zərbələri endirdiyini dəfələrlə bəyan edib.

Bununla yanaşı, İraqın Ali Məhkəmə Şurası terrorizmlə mübarizə haqqında qanunun PUA-ları qanunsuz məqsədlərlə istehsal edən, saxlayan və ya istifadə edən bütün şəxslərə şamil olunması barədə göstəriş verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq-Kürdüstanı   PUA  


Bizi "telegram"da izləyin