“1 Mart” işi üzrə şok açıqlamalar gözlənilir - Bəzi iclaslar qapalı olacaq

2019/08/01-40-1565782710.jpg
Oxunub: 336     11:05     13 Sentyabr 2019    
“Məhkəmə prosesi başlayanda və ifadələr dərc olunanda, cəmiyyət 10 ildir danışılan mövzu haqqında öyrənəcəklər və biləcəklər. Bu vəziyyətdə isə məsuliyyətdən yayınanlar olmayacaq”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər veir ki, bunu Ermənistan parlamentinin deputatı Sisak Qabrielyan bildirib.

Dünən “1 Mart” hadisələri üzrə Ermənistanın sabiq prezidenti Robert Köçəryan, sabiq Müdafiə naziri Seyran Ohanyan, KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturov və Baş nazirin sabiq müavini Armen Gevorqyanın məhkəmə işi başlayıb.

Qabrielyanın sözlərinə görə, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Köçəryanın hər hansı yolla məsuliyyətdən azad olunması barədə qərar deyildi, üstəlik qərar Robert Köçəryanla əlaqəli deyil və onun toxunulmazlığı ilə əlaqələndirilmir.

“Erməni Milli Konresi”nin Hüquq Komissiyasının üzvü Armen Xaçatryan da Konstitusiya Məhkəməsinin qərarlarının Köçəryanın bu işi ilə əlaqəli olmadığını qeyd edib.

Müzakirə iştirakçılarının fikrincə, şok açıqlamalar olacaq: “Hazırda hələki epizodlar bəllidir, minlərlə ifadələr və çoxlu sayda digər sübutlar var. Bu sübutların böyük hissəsindən xəbərdar deyilik. Dövlət sirri olduğu üçün bəzi iclaslar qapalı olacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: 1-mart   Köçəryan  

“1 Mart” işi üzrə şok açıqlamalar gözlənilir - Bəzi iclaslar qapalı olacaq

2019/08/01-40-1565782710.jpg
Oxunub: 337     11:05     13 Sentyabr 2019    