"1-mart" sözünə uyğun 1698 nəticə tapıldı!

Bu gün 3 Milli Qəhrəmanının doğum günüdür

2018/01/600@023424_1515140269.jpg
Oxunub: 1148     12:56     05 Yanvar 2020    
Bu gün Azərbaycanın 3 Milli Qəhrəmanının doğum günüdür.

Ordu.az-ın məlumatına görə, bu gün Elgiz Kərimov, Şirin Mirzəyev, Naiq Yusifovun doğum günüdür.

Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndi şəhərində anadan olub. O, Leninqrad Ali Siyasi-Hərbi Məktəbi və Moskva Ali Siyasi Akadmeyiasını bitirib. Peşəkar hərbçi kimi SSRİ-nin müxtəlif yerlərində xidmət edən Şirinov, 1991-ci ilin oktyabrında könüllü olaraq cəbhəyə yollanıb.

Ağdamda ilk özünümüdafiə batalyonunu yaradıqdan sonra, az vaxtda Ağdam-Ağdərə istiqamətində çoxlu sayda uğurlu əməliyyatlar həyata keçirib və onlarla kəndi düşməndən azad edib. 1992-ci il iyunun 18-də Ağdamın Əliağalı kəndi yaxınlığında maşınında minaya düşərək həlak olub. 1994-cü il sentyabrın 16-da polkovnik-leytenant Şirin Mirzəyev Milli Qəhrəman adına layiq görülüb.

Şirin Mirzəyev Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib və onun adına Bakı şəhərində küçə var, xidmət etdiyi hərbi hissədə büstü qoyulub.

Elgiz Kərim oğlu Kərimov 1971-ci il yanvarın 5-də Bərdə şəhərində anadan olub. O, 1991-ci ildə könüllülərdən ibarət batalyonun tərkibində cəbhəyə gedib. Əsgəran yaxınlığında döyüşdə xüsusi qəhərmanlıq göstərən Kərimov, 1992-ci il martın 12-də Naxçıvanik kəndi uğrunda gedən döyüşdə onlarla düşmən yaraqlısını məhv edib. Lakin döyüşlər zamanı özü də həlak olub. 1992-ci il iyunun 7-də Milli Qəhrəman adına layiq görülüb.

Elgiz Kərimov Bərdə şəhərində dəfn edilib.

Naiq Nəsir oğlu Yusifov 1970-ci il yanvarın 5-də Tovuz rayonu Ağdam kəndində anadan olub. O, 1990-cı ildə kəndlərində yaradılmış özünümüdafiə dəstəsinə yazılıb, cəbhə boyu kəndlərin müdafiəsində qəhrəmanlıqla döyüşüb. 1992-ci il martın 24-də Koxanəbi kəndinin müdafiəsində sona kimi döyüşüb və son nəfəsində qumbaranı sinəsinə sıxaraq özünü partladıb. Bununla yanaşı, ona yaxın erməni yaraqlısını da məhv edib. 1992-ci il iyunun 7-də Milli Qəhrəman adına layiq görülüb.

Naiq Yusifov Tovuz rayonu Ağdam kəndində dəfn edilib. Kəndin orta məktəbi onun adını daşıyır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətən   Milli-Qəhrəman