Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan öz “Facebook” səhifəsində Ermənistanın ikinci prezidenti Robert Köçəryanın işi üzrə məhkəmə prosesinə toxunarkən qeyd edib.
Onun sözlərinə görə, “1 Mart” məhkəmə işi ilə bağlı “cin şüşədən buraxılıb”.
“İşi açmaq asandır, bağlamaq isə çox çətindir. Niyə? Yeni generallar, “Yerkrapah” təşkilatının üzvləri, oliqarxlar və onların cangüdənləri, “təsadüfi yoldan keçənlər”, müstəntiqlər, prokurorlar və s. ifadə verəcəklər. İşin alt bölmələri - yeni məqalələr, yeni ittiham edilən şəxslər olacaq. Beləliklə, hakimlərin say problemi yaranacaq. Bir sözlə, bu, bir çox geniş təbəqə üçün tələdir, maraqlı olacaq”, - deyə o qeyd edib.
Alpər Mövluoğlu
Ordu.az