Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
İstintaqla əldə edilən məlumatlara görə, Ermənistan Müdafiə Nazirliyi “N” saylı Ordu Korpusu Qərargahının kapitanı M.S 2017-ci ilin iyundan 2018-ci ilin dekabr ayınadək hərbi hissələrin işə qəbulu, korpusların şəxsi heyətinin siyahıları və səlahiyyətlərinin həyata keçirilməsinə kömək etmək üçün vakant vəzifələrin mövcudluğu barədə rəsmi məlumatlı olmaq, yəni vəzifəyə təyin olunmaq üçün təkliflər vermək, xidmətə keçmək, lazımi sənədləri hazırlamaq, müzakirə zamanı müsbət rəy vermək, sənədləri rəhbərin imzasına təqdim etmək və vəzifəyə təyin edilməsi nəticəsində Ermənistan Müdafiə Nazirliyinin müxtəlif bölmələrinin hərbçilərindən şəxsən külli miqdarda rüşvət alıb.
Əldə olunmuş sübutlara əsasən, kapitan M.S-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 311-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi və 38-312-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.
Leytenant H.B isə Cinayət Məcəlləsinin 312-ci maddəsinin 2-ci bəndi ilə ittiham edilir.
Alpər Mövludoğlu
Ordu.az