Ermənistan MN-də nəzərəçarpan hadisə: Tonoyanın dezertir olduğunu üzərinə deyirlər

2019/08/00-12-1564649951.jpg
Oxunub: 595     14:57     13 Sentyabr 2019    
Xəbər verdiyimiz kimi, Ermənistan hakimiyyəti daxilində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-mayor Onik Qasparyanı, general-leytenant Artak Davtyanın əvəzinə, Artak Davtyanı isə Hərbi nəzarət xidmətinin rəisi general-polkovnik Movses Hakobyanın yerinə təyin etmə niyyətinin olması haqqında Müdafiə Nazirliyində şayiələr yayılıb.

Yaxud başqa bir ssenari üzrə dəyişikliklər aparılaraq, Onik Qasparyanın Movses Hakobyanın yerinə təyin edilə biləcəyi qeyd edilirdi. Bu fikrə Ermənistan Müdafiə Nazirliyində mənfi münasibət bildirilərək, vəziyyətə yaxşı hakim olduğuna görə Onik Qasparyan kimi hərbçinin silahlı qüvvələri tərk etməsinə yol verə biməyəcəklərini qeyd ediblər.

Məlumatlara əsasən, Paşinyan hakimiyyəti və MN daxilində müzakirələr zamanı səsləndirilən fikrə görə, 2018-ci ilin 24 may tarixində Ermənistan Baş nazirinin qərarı ilə Artak Davtyan BQ rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin 24 may tarixində onun fəaliyyətinin 2 ili tamam olacaq. Ola bilər ki, onun fəaliyyət müddətinin 2 ilinin tamam olmasını gözləyib, sonra vəzifədən azad etsinlər.

Lakin Ermənistan MN-də dolaşan daxili şayiələr bununla bitmir. Məsələ burasındadır ki, inqilabdan sonra Davit Tonoyan MN-də “islahatlar” aparmağa başlayıb. Lakin onun bu fəaliyyəti MN-dəki köhnədən qalma vəzifəlilərin o qədər də xoşuna gəlməyib.

Bir çox erməni generallar, digər vəzifəli şəxslər, illərlə orduya nəyin lazım olduğunu çox yaxşı bilərək, bu sahəni araşdırıb və öz yaxınları ilə birlikdə müxtəlif şirkətlər yaradıblar. Elə ediblər ki, həmin bu şirkətlər keçirilən tenderlərdə qalib gəlib.

Nazirlikdə yayılan şayiələrə əsasən generallar, köhnə vəzifə sahibləri, hər fürsətdə Tonoyana onlarla bərabər müharibədə iştirak etmədiyini, onların komandasından olmadığını və müharibənin nə olduğunu bilmədiyini xatırladırlar. Maraqlıdır, belə bir şəraitdə Tonoyan, ümumiyyətlə, necə qərarlar qəbul edir və ya generaliteti incidir...

Qeyd edək ki, bütün bunlarla hər şey bitmir. Məlumatlara görə bu günlərdə nazirlikdə nəzərəçarpan daha bir hadisə baş verib. Xüsusilə, orduya zəruri mal tədarük etməyə və müqavilə bağlama prosesi bir balaca gecikib. Nəticədə, Ermənistan MN-in bəzi vəzifəli şəxsləri bir sıra tədarükçü iri şirkətləri nazirliyə çağırıblar. Onlara deyiblər ki, orduya zəruri mallar alınması üçün pul verisinlər. Bundan sonra satınalmaların tenderini elan edəcəklər və onlar qalib olacaq. Yəni, Ermənistan MN-in bəzi vəzifəli şəxsləri konkret tədarükçülərə sövdələşmə təklif edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Korrupsiya   Tonoyan  

Ermənistan MN-də nəzərəçarpan hadisə: Tonoyanın dezertir olduğunu üzərinə deyirlər

2019/08/00-12-1564649951.jpg
Oxunub: 598     14:57     13 Sentyabr 2019    