Boltonun vəzifəsindən azad edilməsi Ermənistan-ABŞ münasibətlərinə necə təsir edəcək?

2019/06/23432-1561798116.jpg
Oxunub: 205     14:54     12 Sentyabr 2019    
“Ermənistanla bağlı siyasəti ABŞ Dövlət Departamenti həyata keçirdiyi üçün Boltonun vəzifəsindən azad olunmasının Ermənistan-ABŞ əlaqələri kontekstində müsbət və ya mənfi xəbər olduğunu düşünmürəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan bildirib.

O qeyd edib ki, ABŞ prezidenti müşavirinin rəhbərlik etdiyi Təhlükəsizlik Şurası hədsiz dərəcədə vacib orqandır, lakin o, bütün ölkələrlə əlaqələri sistemləşdirmir.

“ABŞ-ın təhlükəsizlik məsələləri üzrə müşaviri o ölkələrlə işləyir ki, onların ABŞ ilə əlaqələri İran və Venesuela kimi problemlidir. Ermənistan-ABŞ əlaqələrində düşünmürəm ki, Boltonun uzaqlaşması ilə mənfi və ya müsbət dəyişikliklər olsun. Görək təhlükəsizlik məsələləri üzrə növbəti müşavir kim olacaq və anlayacağıq ki, onunla necə işləmək olar”, - deyə o Sarkisyan bildirib.

Onun sözlərinə görə, ABŞ Təhlükəsizlik Şurası ilə Ermənistan Təhlükəsizlik Şurası vasitəsilə ilə deyil, birbaşa işləmək üçün Ermənistanın Baş nazirinə öz müsahibələri və qeydləri vasitəsilə məsləhət verib.

“Düşünürəm ki, bu istiqamətdə davamlı işlər bizim üçün vacibdir”,- deyə Sarkisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bolton   Ermənistan-ABŞ  

Boltonun vəzifəsindən azad edilməsi Ermənistan-ABŞ münasibətlərinə necə təsir edəcək?

2019/06/23432-1561798116.jpg
Oxunub: 208     14:54     12 Sentyabr 2019    