Erməni politoloq: “KTMT Ermənistanın xarici siyasəti üçün heç də kiçik problem deyildi”

2019/09/45645-1568193784.jpg
Oxunub: 310     16:54     12 Sentyabr 2019    
“Başqa sözlə desək, Xaçaturova qarşı cinayət işi açılması və sonra KTMT Baş katibi vəzifəsindən geri çağırılması ilk növbədə bu kimi böyük beynəlxalq struktur üçün nüfuz problemi idi və Ermənistanın xarici siyasəti üçün heç də kiçik problem deyildi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Hakob Qabrileyan bildirib.

Ermənistan Xarici İşlər nazirinin müavini Şavar Köçəryan Yuri Xaçaturovun KTMT Baş katibi vəzifəsindən geri çağırılması barədə deyib ki, bu KTMT-nin və Ermənistanın nüfuzunu yüksəldib.

Qabrileyan Xaçaturovun bu bəyanatını şərh edərək qeyd edib ki, əksinə, qeyd edilən iş zamanı KTMT-nin nüfuzu müəyyən qədər sınaqdan keçdi.

“Yəni təhdid var idi və məlum idi ki, bu kimi problem hər şeydən əvvəl Ermənistan daxilində həll edilməli və beynəlxalq platformaya çıxarılmalı idi. Onun KTMT-nin beynəlxalq nüfuzu üzərində təsiri olmalı idi. Başqa sözlə desək, Xaçaturova qarşı cinayət işi açılması və sonra KTMT Baş katibi vəzifəsindən geri çağırılması ilk növbədə bu kimi böyük beynəlxalq struktur üçün nüfuz problemi idi və Ermənistanın xarici siyasəti üçün heç də kiçik problem deyildi”, - deyə erməni politoloq bildirib.

Qabrilelyanın sözlərinə görə, əslində problem daha dərin idi.

“Yəni ki, daxili siyasi problemləri, Ermənistan qanunlarını beynəlxalq struktur qanununda və qanunvericiliyində üstün tutmaq çətindir. Burada balans tapmaq lazımdır və mən indi əminəm ki, Ermənistanın bütün qərar qəbul edən orqanları, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyi öz ölkəsi üçün maneələr yaratmaqla problemin vaxtında dövlət daxilində həll edilməli olmasını və beynəlxalq platformaya çıxarılmamalı olduğunu artıq başa düşüb”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KTMT   Ermənistan  

Erməni politoloq: “KTMT Ermənistanın xarici siyasəti üçün heç də kiçik problem deyildi”

2019/09/45645-1568193784.jpg
Oxunub: 313     16:54     12 Sentyabr 2019    