Əfqanıstanın şimalında yerləşən Tahar əyalətində “Taliban” hərəkatının nəzarət-buraxılış məntəqələrinə hücumu nəticəsində azı səkkiz nəfər həlak olub, altı nəfər isə yaralanıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əyalətin qubernatoru Məhəmməd Cavad Hicrinin məlumatına əsasən, insident sentyabrın 6-na keçən gecə qeydə alınıb.
Həlak olanların altısı hərbçi, ikisi isə evlərinə mərmi düşən dinc sakinlərdir.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Taliban
Əfqanıstan