Smerç və ya... Hovhannisyanın paylaşdığı şəkillər sual doğurub

2019/09/13154-1567767350.jpg
Oxunub: 30573     15:05     06 Sentyabr 2019    
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyanın paylaşımından sonra insanlar yeşiklərdə nəyin olması ilə bağlı fərziyyələr irəli sürməyə başlayıblar.

Ordu.az xəbər verir ki, Hovhannisyan “Facebook” sosial şəbəkəsində yük maşınlarının şəkillərini paylaşıb.

O, sosial şəbəkədə qısa olaraq qeyd edib ki, günə yaxşı xəbərlərlə başlayaq.


Sosial şəbəkə istifadəçilərinə maşınlarının arxa hissəsindəki yeşiklərdə nəyin olması maraqlı gəlib.

“Smerç ... yeşiklərin ölçüsü aldadır”, “Biz güclüyük”, - deyə istifadəçilər istehza ilə yazıblar.

Hovhannisyan isə öz növbəsində qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi sadəcə yeni yük maşınları alıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin