Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan bildirib.
Onun sözlərinə görə, Paşinyanın gündəmsiz ABŞ səfəri yalnız coğrafi cəhətdən olacaq, siyasi baxımdan o, ABŞ-da olmayacaq, çünki onun gündəmi Nyu-Yorkda BMT Baş Assambleyası və Diaspordur.
“Buna düzəliş edək. Əgər BMT-nin ofisi Burkina Fasoda olsaydı, o, bu günlərdə Burkina Fasoya gedəcəkdi”, - deyə Aşotyan bildirib.
O qeyd edib ki, BMT Baş Assambleyasının ofisində onun səfəri ikitərəfli münasibətlərlə, Amerikanın yüksək səviyyəli rəhbərləri ilə görüşlərlə doymuş ola bilərdi.
“Başa düşdüyüm qədər ABŞ tərəfindən Paşinyana vitse-prezident ilə görüş təklif olunub, erməni tərəfi isə bundan imtina edib və amerikalıların başqa gündəmi olmayıb”, - deyə partiya nümayəndəsi bildirib.
Aşotyanın sözlərinə görə, hakimiyyətə gəlmiş insanlar başa düşmürlər ki, xarici siyasətdə onların inqilabı satılmayıb.
Alpər Mövludoğlu
Ordu.az