Putin Ermənistana gəlməsə, kim itirəcək?

2019/09/45645-1567765471.jpg
Oxunub: 660     14:23     06 Sentyabr 2019    
“Avrasiya İqtisadi Birliyi çərçivəsində Rusiya prezidenti Vladimir Putinin Ermənistana gələcəyi ilə bağlı məsələyə toxunaraq bildirib ki, iclasın Ermənistanda keçirilməsinə qərar verənlər Avrasiya İqtisadi Birliyinin rəhbərləridir və Putin Ermənistana qonaq kimi gəlmir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan deyib.

Köçəryan eyni zamanda bildirib ki, AİB Assambleyasına paralel olaraq həmçinin böyük konfrans olacaq və bu konfransda həm AİB, həm də digər ölkələrin rəhbərləri, o cümlədən İran prezidenti iştirak edəcək.

“Putinin Ermənistana gəlib-gəlməyəcəyi məsələsi Robert Köçəryan məsələsi kontekstində qondarma müzakirə mövzusuna çevrilib”, - deyə Mnatsakanyanın müavini bildirib.

Xatırladaq ki, erməni mətbuatında Putinin Köçəryanın həbsdə olmasından narazı olduğuna görə Ermənistana gəlməyəcəyi ilə bağlı məlumatlar mövcuddur. Başqa bir məlumatda qeyd edilir ki, Putinin Ermənistana gəlməklə həbsxanaya baş çəkmək və Robert Köçəryanla görüşmək istəyi var.

Bu məlumatların nə dərəcədə doğru olub-olmaması məlum deyil. Digər tərəfdən, Rusiya prezidentinin Ermənistan səfəri rəsmi olaraq təsdiqlənməyib.

Ancaq erməni-rus əlaqələrinin qeyri-standart mərhələdə olması həqiqətdir.

Şübhəsiz ki, Paşinyan-Putin əlaqəsindən çox şey asılıdır. Lakin əsas sual budur ki, həmin əlaqələrdə Putin üçün prioritet nədir?

Ermənistana gəldikdə isə, İrəvanda baş tutacaq Assambleyanın boykot ediləcəyi təqdirdə itirən Ermənistan olmayacaq?

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Putin Ermənistana gəlməsə, kim itirəcək?

2019/09/45645-1567765471.jpg
Oxunub: 661     14:23     06 Sentyabr 2019    