Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sualı Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının deputatı Arman Babacanyan Ermənistan Xarici İşlər naziri Zohrab Mantsakanyana verib.
“NATO ilə əlaqələr xarici siyasətimiz üçün olduqca vacib əhəmiyyətə malikdir və bu, hökumətin proqramında əks olunub. Praktiki olaraq işlər görülür”,- deyə Mnatsakanyan sualdan yayınıb.
Qeyd edək ki, dünən Ermənistan Parlamenti Daimi Xarici Əlaqələr Komissiyasında Ermənistan XİN ilə parlament üzvləri arasında görüş keçirilib.Görüş zamanı Ermənistanın xarici əlaqələri ilə bağlı bir sıra məsələləri müzkirələr edilib.
Alpər Mövludoğlu
Ordu.az