"Bu gün Azərbaycan Ordusunun heç nəyə ehtiyacı yoxdur. Ali Baş Komandanın diqqət və qayğısı sayəsində Ordumuzun maddi-texniki bazası, məişət şəraiti və şəxsi heyətin təminatı ən yüksək səviyyədədir".
Bunu Milli Qəhrəman, polkovnik Şükür Həmidov sayca 4-cü dəfə təşkil olunan "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin açılışı zamanı deyib.
Milli Qəhrəman bildirib ki, Ordumuz regionda ən güclü ordudur: "Arzu edirəm ki, işğalda olan torpaqlarımızı azad edək, siz gənclərimiz odun-alovun içərisinə girməyəsiniz. Bundan da gözəl tədbirlərimiz Qarabağ torpağında keçirilsin". (Azvision.az)
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Milli-Qəhrəman