Ordu.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdə keçirilən dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, unikal yüksək texnologiyalı məhsullar hazırlayan şəxslər indiyədək Gürcüstanda yaşayır.
"Mən hərbi təyyarələrin istehsalının bərpa olunması məsələsini hökumət qarşısında qaldıracağam. Ölkədə hərbi təyyarələrlə yanaşı raket və müxtəlif yüksək texnologiyalı məhsullar da istehsal etmək mümkündür", - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az