Bunu
Ordu.az-a Pakistanın Xayber Paxtunxva əyalətinin informasiya naziri Şəfqət Əli Yusifzai bildirib.
O qeyd edib ki, bu gün kəşmirlilərin hüquq və azadlıqları ilə bağlı məsələ beynəlxalq səviyyədə müzakirə olunur.
"Cəmmu və Kəşmir problemi Pakistan üçün çox ciddi məsələdir. Belə ki, uzun illər ərzində ilk dəfədir ki, bu məsələ BMT çərçivəsində müzakirə olunub. Həmçinin bu məsələdə bizə göstərdikləri dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildirmək istərdik", - deyə pakistanlı nazir vurğulayıb.
O, İslam Əməkdaşlıq Təşkilatının Kəşmirlə bağlı təmas qrupunda Azərbaycanın iştirakına, bu platforma çərçivəsində münaqişənin həllinə verdiyi töhfələrə də mühüm əhəmiyyət verdiklərini diqqətə çatdırıb.
Sevinc Əliyeva
Ordu.az