Ermənistanda əsgər anaları yenidən etiraza başladı: "Oğlum inqilab ərəfəsində qətlə yetirilib"
Oxunub: 7436
14:59
05 Sentyabr 2019
"Bu gün qatillər o qədər təkmilləşiblər ki, əsgəri öz anası ilə danışarkən qətlə yetirirlər".
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistan hökumətinin binası qarşısında orduda qətlə yetirilən erməni əsgərlərinin anaları yenidən etiraz aksiyası keçiriblər.
Onlar, Ermənistan Xüsusi İstintaq Komitəsinin sədri və Baş prokurorun iştirakı ilə Paşinyanla görüş tələb ediblər.
“Bəlkə bu tələb səbəbindən baş nazir bizi qəbul etmir”, - deyə onlar bildirib. Onların sözlərinə görə, orduda qətllərin gizlədilməsi indi də davam edir.
Ermənistan ordusunda qətlə yetirilən əsgər Levon Torosyanın anası qeyd edib ki, onun oğlunu inqilab ərəfəsində qətlə yetiriblər.
"Bu gün qatillər o qədər təkmilləşiblər ki, əsgəri öz anası ilə danışarkən qətlə yetirirlər", - deyə o etiraz edib.