"Bu, Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyəti daha da mürəkkəbləşdirir" - Səfir

2019/09/azerb-1567680770.jpg
Oxunub: 11928     16:51     05 Sentyabr 2019    
"Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq məsuliyyətsiz mövqe tutmaqda davam edir".

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın Belçikadakı səfiri, Aİ-dəki daimi nümayəndə Fuad İsgəndərov deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında erməni tərəfindən hər hansı bir müsbət addımı müşahidə olunmur.

"Erməni məmurların son təxribatçı bəyanatları vəziyyəti daha da mürəkkəbləşdirir. Bu, həm də onu sübut edir ki, Ermənistanın hazırkı hökuməti məsuliyyətsiz mövqe tutmaqda davam edir. Amma biz siyasi həll yolu tapmaq ümidlərimizi itirmirik", - deyə F. İsgəndərov qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin