Ermənistan Milli Strategiyasının hazırlanmasına müxalif deputatlar cəlb edilməyib

2019/09/Armen-1567677986.jpg
Oxunub: 27501     17:04     05 Sentyabr 2019    
“Ermənistan Milli Strategiyasının hazırlanması çərçivəsində biz görüş planlaşdırırıq. Hesab edirəm ki, fraksiya rəhbərləri və ya digər səviyyədə tezliklə görüş olacaq. İndi hansı səviyyədə baş tutacağını düşünürük”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan deyib.

Qriqoryan bir çox detalları açıqlamadan qeyd edib ki, 2018-ci ilin “inqilab dəyərləri” və Ermənistan Xarici İşlər Nazirliyini təmin edən prinsiplər prioritet olaraq strategiyaya daxil ediləcək.

“Digər detalları isə açıqlamaq istəmirəm, bu istiqamətdə aktiv müzakirələr davam edir”, - deyə Qriqoryan bildirib.

Xatırladaq ki, Ermənistan parlamentinin müxalifətçi deputatları narazılıq etmişdilər ki, onlar yeni strategiyanın hazırlanması məqsədilə formalaşdırılmış işçi qrupunda yoxdurlar.

Ermənistan Milli Strategiyasının hazırlanması işlərinin 2020-ci il iyun-iyul aylarında başa çatdırılması planlaşdırılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Strategiya  


Bizi "telegram"da izləyin