"Netanyahu Rusiyaya səfər edəcək" - Uşakov

2018/05/45654_1527585844.png
Oxunub: 8478     12:43     05 Sentyabr 2019    
İsrail Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Soçiyə səfər edəcək.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bildirib.

"İsrailin Baş nazirinin işgüzar səfəri barədə söhbət gedir. Görünür səfər Moskvaya olmayacaq. Çox güman Soçi", - deyə Uşakov qeyd edib.

O, konkret bir tarix söyləməsə də, səfərin kifayət qədər yaxın gələcəkdə baş tutacağını vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Rusiya   Uşakov  


Bizi "telegram"da izləyin