Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Spitak şəhər sakini Sonik Qazaryan oğlunun ölümündə Ermənistan Müdafiə Nazirliyinin təqsirli olduğunu sübut etməyə çalışır.
Qazaryan oğlunun ölümcül xəstəliyə xidmət zamanı yoluxduğunu bildirərək kompensasiya tələb edir. Hərbi xidmətə çağrılarkən ayaq damarlarında xəstəlik aşkar edilsə də, hərbi tibb komissiyası onu hərbi xidmətə yararlı hesab edib.
“Oğlun orduda ölməyib, evə gəlib sonra ölüb”, - deyə Ermənistan MN baş verənlərlə bağlı öz günahını təkzib edir.
Hazırda Barseğyanın məzarının abadlaşdırılması ailənin ən böyük problemlərindən birinə çevrilib. Evi olmayan, kirayə yaşayan ailə məzarın abadlaşdırılmasına tələb edilən 1 mln dram vəsaitin böyük məbləğ olduğunu və kasıblıqdan bunu həll edə bilmədiklərini qeyd edib.
Qazaryan xeyriyyəçilərdən artıq 900 min dram vəsait topladığını, ancaq artıq davam edə bilmədiyini vurğulayıb. Məlumata görə, xeyriyyəçilərdən biri onun adına 13 min dram toplayıb, lakin pulu vermədən dələduzluğa əl atıb.
Alpər Mövludoğlu
Ordu.az