“Paşinyan Rusiyadan, xüsusilə də Putindən sadəcə qorxur” - Yenokyan

2019/09/Putin-3135336732.jpg
Oxunub: 716     12:58     05 Sentyabr 2019    
“Xaçaturovun geri çağırılması, Putinin Koçaryanla bağlı çağırışlarına qulaq asılmamasından tutmuş Şişkinə siyasi sığınacaq verilməsinə qədər... Paşinyan durmadan bu cür cəhdlərlə göstərməyə çalışır ki, Ermənistan suveren dövlətdir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan “Media müdafiəçisi” təşəbbüsünün rəhbəri, politoloq Ağasi Yenokyan bildirib.

Onun sözlərinə görə, Paşinyan durmadan cəhdlər edərək göstərməyə çalışır ki, Ermənistan müstəqil ölkədir.

“Əlbəttə, Ermənistanın xarici asılılığı ən çox Rusiyadandır və bu addımlar ilk növbədə Rusiyaya qarşı yönəlib. Lakin digər tərəfdən, o, Rusiyadan, xüsusilə də Putindən sadəcə qorxur”, - deyə Yenokyan bildirib.

Erməni politoloq qeyd edib ki, Ermənistan böyük skandal olmadan hərbi qrupu Suriyadan çıxara bilməz.

“Yanlış siyasi hesablamaya görə biz orada elə sıxışmışıq ki, çıxmaq iki-üç qat problemlər yaradacaq. O da məlumdur ki, bizim hərbi qrupu oradan çıxarmağımız üçün ABŞ açıq tələb qoyub. Yəni, hərbi qrupu orada saxlamaqla biz ABŞ ilə əlaqələrimizi pisləşdiririk, hərbi qrupu çıxarmaqla isə Rusiya ilə əlaqələrimizi böhrana sürükləyə bilərik”, - deyə Yenokyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Paşinyan Rusiyadan, xüsusilə də Putindən sadəcə qorxur” - Yenokyan

2019/09/Putin-3135336732.jpg
Oxunub: 717     12:58     05 Sentyabr 2019    