Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, on iki dövlətdən mindən artıq musiqiçi, vokalist və rəqqasların iştirak etdiyi festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı yüksək səviyyədə təmsil edib.
Festivalın yekununa görə komandamız dördüncü yerə layiq görülərək diplomla təltif edilib.
Ordu.az