Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqust ayında mövqelərimizə keçmiş, Ermənistan ordusunda mütəmadi olaraq zorakılıqlara məruz qalmış hərbi qulluqçu Arayik Qazaryan ətrafında yaranmış vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, bu məsələlər mövcud və bunun üçün təsdiq olunmuş formatlarda həll olunmalıdır.
"Düşünmürəm ki, tərəfimdən əlavə siyasi qiymətləndirmə tələb olunur. Bizim fəaliyyət göstərən mexanizmimiz var, ATƏT-in Minsk qrupunun həmsədrləri var. Onlar zəruri halda tərəflərə əlavə yardımın göstərilməsi məqsədilə müvafiq mexanizmləri işə sala bilərlər", - deyə Moskvada bu gün baş tutan brifinq zamanı Zaxarova bildirib.
O əlavə edib ki, əgər tərəflər bu və ya digər məsələdə dəstəyə ehtiyac duyarlarsa, Rusiya bu məsələləri ikitərəfli əsasda diplomatik kanallarla həll edə bilər.
Alpər Mövludoğlu
Ordu.az