Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan “Baxış” Tətbiqi Siyasət və Analitik Tədqiqatları Mərkəzinin direktoru Anna Karapetyan bildirib.
Karapetyan qeyd edib ki, Paşinyan “Nouvelle d'Arménie” jurnalına verdiyi müsahibəsində gərginlik haqqında açıq danışıb.
“Paşinyan Ermənistan-Rusiya əlaqələri bağlı növbəti dəfə suverenlik problemini vurğulamaqla öz şübhəsini bildirdi. Suverenlik vurğusu, xüsusilə erməni-rus əlaqələrinin kontekstində, Ermənistanın hazırkı hakimiyyəti yanında mürəkkəb vəziyyətə çevirilir. Özünütəsdiqetmə maniyası ölkə üçün lazımsız problemlər yarada bilər”,- deyə ekspert qeyd edib.
Erməni ekspert hesab edir ki, Rusiyanın əks tədbirləri çox sərt ola bilər.
“Ermənistan hakimiyyəti indi suverenlik üçün mübarizə aparır, lakin onların fəaliyyətlərinə görə Rusiya suverenliyimizə real zərbə olacaq addımlar ata bilər. Nəticədə, əlaqələrdə böhran dərinləşəcək və daha pis vəziyyətə düşəcəyik. Bu, çox incə oyundur, onu çox hazırlıqlı oynamalısan”,- deyə o qeyd edib.
Karapetyanın sözlərinə görə, Vladimir Putinin AİB çərçivəsində Ermənistana gözlənilən səfəri çox şeyi aydınlaşdıracaq.
Alpər Mövludoğlu
Ordu.az