“Problem meningit diaqnozu ilə rüşvətlə ordudan yayınmış nazirin kənara atılması deyil” – Hakopyan

2019/03/34534-1552381644.jpg
Oxunub: 32021     13:32     04 Sentyabr 2019    
“Bir anlıq təsəvvür edin ki, Azərbaycanda vəziyyəti indi necə təhlil edirlər. Siz onların yerinə olsaydınız, nəticəyə gəlməzdiniz?”.

Ordu.az xəbər verir ki, bu barədə erməni ictimai xadimi Mihran Hakopyan öz “Facebook” səhifəsində qeyd edib.

O vurğulayıb ki, görəsən, Torosyan Arsenin əlillərlə bağlı çıxışı haqqında İrəvan Dövlət Universitetinin rektoru Ermənistan Müdafiə nazirinə danışıbmı?

“Davit Tonoyan hökumət iclaslarında kiminlə salamlaşdığından xəbərdar idi? Yaxşı, tutaq ki, adam bütün bunları bu qədər zaman ərzində içində saxlayıb və indi danışıb. Müdafiə naziri indi nə edəcək? İctimai mövqe məlum olmalıdır. Havada asılmış xəbərlərə görə, problem meningit diaqnozu ilə rüşvətlə ordudan yayınmış nazirin kənara atılması deyil. Bu, növbəti dəfə axmaqlıq prezumpsiyası ilə kənarda yazılacaq və unudulacaq”, - deyə Hakopyan bildirib

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin