“Yerkrapah”da Mikayelyanı “tənha menecer” etməyə qərar veriblər

2019/09/nikol-1567586084.jpg
Oxunub: 7997     14:33     04 Sentyabr 2019    
“Yerkrapah” hərbi təşkilatında vəziyyət stabil deyil. Sasun Mikayelyanın başladığı kütləvi kadr ixtisarlarından sonra qurumu tərketmə halları çoxalıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Mikayelyan təşkilatın regional strukturlarındakı şəxsləri işdən azad etdikdən sonra, onlar “öz adam”larını da özləri ilə aparıblar.

Məlumata görə, köhnə “yerkrapahçı”lar şəxsi vasitələri hesabına gənc “yerkrapahçı”ların ehtiyaclarını ödəmək üçün böyük vəsaitlər ayıran, qurumun regional strukturunun rəhbəri Sergey Qasparyanın uzaqlaşdırılmasını ağır qəbul ediblər. İndi bu vəzifə Romik Mxitaryana həvalə edilib. O, buna qədər uzun illər Şenqavit strukturuna rəhbərlik edib.

“Yerkrapah” hərbi təşkilatının sözçüsü vəzifədən uzaqlaşdırma ilə bağlı halların olmadığını bildirib və məlumatı təkzib edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yerkrapah   Mikaelyan  


Bizi "telegram"da izləyin