Ermənistanda hərbi təşkilatın sədri partiya iclasına dəvət olunmayıb

2019/09/23452-1567583487.jpg
Oxunub: 6327     12:29     04 Sentyabr 2019    
Ermənistan Vətəndaş Müqaviləsi Partiyasının idarə heyətinin və “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyana partiyanın yeni seçilmiş heyətinin tərkibinə daxil edilməyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Mikayelyan partiyanın qapalı iclasına dəvət edilməyib.

Məlumata görə, Mikayelyana hakimiyyət daxilində o qədər də yaxşı münasibət göstərilmir. Buna görə də, o, partiya iclasında, nəinki iştirak etməyib, heç ümumiyyətlə dəvət almayıb.

Mikayelyana qarşı belə münasibət isə Abovyan vilayətində baş tutmuş bələdiyyə seçkilərindən sonra başlayıb. Belə ki, seçkilərdə o, qubernatorun təklif etdiyi namizədi müdafiə etməyib.

Xatırladaq ki, Mikayelyanın təmsil olunduğu Vətəndaş Müqaviləsi partiyası hal-hazırda Ermənistanda hakimiyyətdə olan “Mənim Addımım” fraksiyasının tərkibindədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yerkrapah  


Bizi "telegram"da izləyin