Ermənistan Müdafiə Nazirliyində ciddi dəyişikliklər planlaşdırılır

2019/09/34534-1567583273.jpg
Oxunub: 6462     11:44     04 Sentyabr 2019    
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Onik Qasparyanın Baş Qərargah rəisi Artak Davtyanın yerinə təyin olunması istəyi var.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Davtyan Ermənistan Hərbi Nəzarət Xidmətinin rəhbəri vəzifəsinə gətirilə bilər.

Ermənistan Silhalı Qüvvələrinin Baş Qərargahı əvvəllər Ermənistan prezidentinin nəzdində idi. Konstitusional dəyişikliklərdən sonra qurum Ermənistan Müdafiə Nazirliyinin tərkibinə daxil edilib.

Qasparyan İcevan vilayətindəndir və MN-də belə bir təşviş mövcuddur ki, Paşinyan hədəfə alınacağını ehtimal edərək öz yerlisini vəzifəyə gətirmək niyyətindədir.

Xatırladaq ki, Qasparyan Paşinyanın hakimiyyətə gəlməsinə qədər Müdafiə Nazirliyində yüksək vəzifələr tutub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Onik-Qasparyan   Ermənistan   BQ-rəisi  


Bizi "telegram"da izləyin