ABŞ donanması daha 32 atom sualtı qayığı istəyir: Bu, mümkündür?

2019/09/Missi-1567582168.jpg
Oxunub: 15829     17:18     04 Sentyabr 2019    
Düşmənin sualtı və suüstü gəmilərini məhv etmək, düşmən sahillərinə yaxın şəkildə kəşfiyyat aparmaq, strateji ərazilərə nəhəng atəş gücü təmin etmək. Su altında ölümcül dronlar buraxmaq – bunlar hamısı ABŞ donanmasının gələcəkdə öz silahlanmasında daha çox görmək istədiyi sistemlərin missiyalarıdır. ABŞ donanması qarşıdakı 15 il ərzində daha 32 sualtı qayığı inventarına əlavə etməyi nəzərdən keçirir.

Ümumilikdə hücum sualtı qayıqlarının əlavəsi donanmanın 355 gəmilik ambisiyalı proqramı nəzdində ən çox nəzərdən keçirilən platformalardandır. Donanmanın komandir-leytenantı 2020-ci ildə 301, 2034-cü ildə 355 gəmiyə nail olunacağına inanır. ABŞ HDQ-nin yeni sualtı qayıqlarının sualtı gəmilərində gələcək dəniz müharibəsinə yol açan önəmli texnologiyalar mövcuddur. Bunlara “Tomahawk” raketləri, torpedolar, dronlar, SZ sistemləri əlavə elektrik enerjisi və s. aiddir. ABŞ donanmasının ən yeni 30 illik gəmiqayırma planı çərçivəsində donanma yeni üç ədəd “Virginia” sinifli sualtı qayığın inşaası ilə bağlı əlavə edib. Lakin bu digərləri kimi qarşıdakı onillikdə inşa ediləcək.

ABŞ HDQ-nin “Columbia” sinifli atom silahlı sualtı qayıqlarının inşası ilə bağlı planlar ortaya atıldıqdan sonra “Virginia” gəmilərinə göstərilən maraq bir qədər azaldı və sadəcə iki belə gəminin inşası təklif edildi. Üçüncü gəminin əvəzində isə bir ədəd “Columbia” sinifli sualtı qayığın inşası nəzərdə tutulurdu.

Sualtı qayıqlara olan tələbatın davamlı olaraq artmasının bir neçə səbəbi var. Əvvəla sualtı vasitələr böyük gəmilərdən önəmli məlumatlar toplayır. Digər tərəfdən silahlanmalarını nəzərə aldıqda onlar əhəmiyyətli dərəcədə döyüş meydanına atəş gücü təmin edə bilər.

Sualtı naviqasiyanın aşkarlama texnologiyasının inkişafı - yeni sonar, təkmilləşdirilmiş kompüter avtonomluğu və süni zəka - sayəsində həmin gəmilər əməliyyat aparılan yerdə düşmənin mövqelərinin düzgün təyin edilməsi və məhv edilməsi baxımdan effektiv ola bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Sualtı-qayıq  


Bizi "telegram"da izləyin