Köçəryanın təhlükəsizlik rəisinin qardaşı oğlu vəzifəsindən azad olunub

2019/09/00-10-1567580266.jpg
Oxunub: 8536     15:57     04 Sentyabr 2019    
Bir neçə gün bundan əvvəl Ermənistanın Qeğarkunik vilayətinin vergi rəisi Ruben Sarkisyan vəzifəsindən azad edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sözügedən şəxs Ermənistanın sabiq prezidenti Robert Köçəryanın təhlükəsizlik rəisi Qrişa Sarkisyanın qardaşı oğludur.

Sarkisyan Paşinyanın hakimiyyətə gəlməsindən əvvəl Kotayk vilayətinin vergi rəisi vəzifəsini tuturdu. Həmin vaxt o, bir neçə hakimiyyət nümayəndəsi ilə birlikdə razılaşdırılmamış yoxlama həyata keçirib və buna görə işindən azad olunub.

Buna baxmayaraq, o, qısa müddət sonra Qeğarkunik vilayətinin vergi rəisi təyin olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan  


Bizi "telegram"da izləyin